Kartlar
Əməkhaqqı kartı
PASHA Bank Miles&Smiles kartı
Digər Bank kartları
Kartlar üzrə əməliyyatlar və xidmətlər
PİN şifrə
Daha çoxPİN şifrə
PIN şifrəni PAŞA Bankın və Kapital Bankın ATM-lərində təyin edə bilərsiniz. Bunun üçün aşağıda qeyd olunan addımlarını yetirməniz xahiş olunur:
• Kartı ATM-ə daxil edin;
• Menyudan “PIN Set” seçin;
• PİN şifrənizi daxil edin və yaşıl düymə ilə təsdiqləyin;
• Növbəti menyuda kodu təkrarlayın və yenidən yaşıl düymə ilə təsdiqləməklə PIN şifrənin təyin edilməsini bitirin.
Qeyd:
• Təyin etdiyiniz PİN şifrə 4 rəqəmdan çox və ya az ola bilməz
Təhlükəsiz tədbirlərini nəzərə alaraq ardıcıl artan və ya azalan, eyni rəqəmlərin daxil edilməsini tövsiyə etmirik.
Mobil əlavə
Daha çoxMobil əlavə
PAŞA Bankın Mobil Bank əlavəsi təhlükəsiz və rahat şəkildə bütün kartlarınızı idarə etmək üçün imkan yaradır.
Mobil Bank ilə siz istənilən vaxt aşağıdakıları həyata keçirə bilərsiniz:
• Pul köçürmələri etmək;
• Hesab üzrə qalığı yoxlamaq;
• Kartdan, cari hesabdan çıxarış və rekvizitləri elektron ünvanına göndərmək;
• Müxtəlif ödənişlər etmək;
• Kredit üçün müraciət etmək;
• Digər xidmətlərdən yararlanmaq.
Təhlükəsizlik
Daha çoxTəhlükəsizlik
Kartla əməliyyat aparılan zaman fırıldaqçılar dələduzluq məqsədi ilə görünməz qurğular, müxtəlif saytlar və sair yollarla kart məlumatlarını öyrənərək hesabdan pul vəsaitini silə bilərlər. Məhz "3D Secure" xidmətindən istifadə kartla dələduzluq riskini minimuma endirir. Xidmətə qoşulmuş kartla İnternetdə ödəniş etdikdə mobil telefona SMS vasitəsi ilə birdəfəlik şifrə göndərilir və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra həyata keçir. Beləliklə, kart hesabından vəsaitin oğurlanmasının qarşısını almaq mümkün olur.
"3D Secure" xidmətinə *9123/(+99412) 496 50 00 nömrəsinə zəng edərək qoşulmaq mümkündür.
Əlaqə Mərkəzi
Daha çoxƏlaqə Mərkəzi
*9123 / (+99412) 496 50 00 nömrəsi vasitəsilə Əlaqə Mərkəzinə zəng etdikdə operator ilə əlaqə saxlamadan aşağıda qeyd olunan əməliyyatları həyata keçirmək mümkündür:
• Balans haqqında məlumat əldə etmək;
• Kartı bloklaşdırmaq;
• 3D Secure xidmətinə qoşulmaq/nömrəni dəyişdirmək;
• Hesab üzrə çıxarış əldə etmək.
• Əməliyyatlarınız haqqında məlumat almaq və s.
Müştəri kodunun öyrənilməsi
Daha çoxMüştəri kodunun öyrənilməsi
2-Way SMS xidməti vasitəsilə 9123 qısa nömrəsinə “CIF” sözünü göndərin və müştəri kodunuzu rahatlıqla əldə edin.
Mobil Əlavənin Ayarlar Bölümün Profilim alt bölümündə tanış ola bilərsiz.